İş Saatları

B.e. - Cümə, 09:00 - 18:00

Telefon

+99412 565 44 20

Mobil

+99477 277 27 72

Borcun təsisçiyə qaytarılması necə tənzimlənir?



Qanunun 3.3-cü maddəsinə əsasən vergi orqanında uçotda olmaya təsisçidən alınmış borc məbləğləri həmin maddədə göstərilən hədlər daxilində (30 000.00 manat və 15 000.00 manat) nağd qaydada qaytarıla bilər. Təqvim ayı ərzində 30 000.00 manatdan və ya 15 000.00 manatdan artıq hesablaşmalar üzrə ödənişlər, o cümlədən alınmış borcların qaytarılması yalnız nağdsız qaydada heyata kecirilməlidir.

Qanunun 3.4.6-ci maddəsinə əsasən vergi orqanında qeydiyyatda olan təsisçiyə isə borc məbləğləri yalnız nağdsız qaydada qaytarılmalıdır.

Qanunun qeyd olunan tələblərin pozulmasına görə borc vəsaitlərini nağd qaydada ödəyən və qəbul edən şəxsə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Qanun

Mənbə: vergilər.az

Ana səhifəyə qayıtmaq